Ana dilimiz

Ana dilimiz bizim müqəddəs sərvətimiz, anamızın bizə layla dediyi şirin dildir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut edir. Dil hər ölənlə birgə ölməsə də, hər doğulanla birgə doğulan əbədi yaşar bir varlıqdır.Məktəbimizdə kitabxanaçılar-Zeynalova Kifayət və İmaməliyeva Sevincin təşkilatçılığı ilə ana dilimiz mövzusunda 7-8 -ci sinif şagirdləri ilə tədbir keçirilmişdir.