28 may-Respublika günü
Məktəbdə 28 may- "Respublika günü" münasibətilə 1 "b" sinif şagirdləri tədbir keçirdi. Tədbir zamanı şagirdlər Azərbaycana aid şeirlər, mahnılar səsləndirdilər. Tədbirin sonunda şagirdlər birləşərək Azərbaycan Respublikasının Dövlət bayrağını yaratdılar.