Bakı Gənclər Mərkəzinə ekskursiya

11.04.2019- cu il tarixində məktəbin 9 və 10-cu sinif şagirdləri "Bakı Gənclər Mərkəzin" də ekskursiyada oldular. Ekskusiya zamanı şagirdlər gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlarla tanış oldular. Bakı Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğində və öyrənilməsində mühüm rol oynayır. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var. Burada, həmçinin Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur.