"Çingiz Abdullayev -60" adlı sərgi

Azərbaycan ədəbiyyatının siyasi detektiv,kəşfiyyat detektiv ,sənədli detektiv romanları ilə şöhrət qazanmış Xalq yazıçısı,"Şöhrət" ordenli Çingiz Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə aprelin 7-də Milli kitabxanada sərgi keçirilib. "Çingiz Abdullayev-60" adlı geniş kitab sərgisində məktəbin 5"f" sinif şagirdləri və ingilis dili müəllimi Rüstəmli Fatmaxanım Rüstəm qızı da iştirak edib. Milli kitabxanadan verilən məlumata görə ,sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitabları nümayiş olunub. Sərgi Milli kitabxananın çoxsaylı oxucularının, eyni zamanda , kitabxanaya ekskursiyaya gələn şagirdlərimizin böyük marağına səbəb olub.