"Aprel döyüşləri şanlı tariximizdir"

     Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar məktəbdə 2 "b" sinif şagirdlərinin iştirakı ilə  “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi. Tədbirdə  şagirdlər Aprel şəhidlərinin qəhrəmanlıqlarından bəhs edən şeirlər , mahnılar söylədilər.Sinif rəhbəri Zülfiqarova İradə öz çıxışında bildirdi ki ,uşaqlara Vətən sevgisini lap kiçik yaşlarından aşılamaq  lazımdır. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi