8 Mart - Qadınlara həsr olunmuş tədbir

8 Mart- qadınlara məxsus olan gözəl bir bayramdır..Məhz bu gün bir çox dünya ölkələrində qadınlar bayramıdır. Məktəbimizdə 6 mart tarixində “8 Mart Beynəlxalq Qadınlar Bayramı”na həsr olunmuş möhtəşəm bir tədbir keçirildi. Məktəbin bütün şagirdlərinin və qadın müəllimlərinin iştirakı ilə baş tutan tədbir təşkil olunmuşdur. Tədbirdə 255 № li məktəbin şagirdləri çox gözəl çıxışlar etdilər, öz fikirlərini, qadınlara, analara olan sözlərini səhnəciklərlə və musiqi vasitəsilə ifadə etməyə çalışdılar. Bu gözəl tədbiri təşkil edən şagirdlər həm güldürdülər, həm də çox gözəl təbrik sözləri söylədilər. Məktəbimizdə qadınlara həsr olunmuş bu ilki tədbir daha da maraqlı və fərqli idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi