"Xocalı faciəsi"

Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli, F-78 nömrəli " Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə" əmrinin icrasını təmin etmək , ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə məktəbimizdə "Xocalı faciəsi" adlı anım tədbiri keçirildi. Tədbirdə şagirdlər Xocalı faciəsinin dəhşətlərindən danışıb , faciə qurbanlarının xatirəsi ehtiramla yad etdilər.