Alı Mustafayev haqqında sənədli film

22.02.2015-ci il tarixində məktəbimizdə Mədəniyyət Nazirliyinin kinomataqrafiya şöbəsinin Salnamə sənədli filmlər studiyasının rejissoru Kəmalə Musazadənin milli qəhrəman,jurnalist Alı Mustafayevə həsr olunmuş "Alı zirvəsi" sənədli filmi nümayış olundu. Məktəbin direktoru Mətanət Məmmədova Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin keçdiyi şərəfli ömür yolu barədə məlumat verdi və qeyd etdi ki, Vətən uğrunda canından keçən övladlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur.