"BEYNƏLXALQ ANA DİLİ GÜNÜ"NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Beynəlxalq Ana Dili Günü - UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişlənməsində,mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə “Ana dilimizi sevək ,sevdirək” adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri iştirak etmişdir.