Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sabunçu Rayon Bölməsi 255 nömrəli tam orta məktəbdə tədbir keçirib

Bugün Maştağa qəsəbəsi 255 saylı məktəbdə 9-11 sinif şagirdləri üçün maarifləndirici tədbir keçirildi. BQXK, BQX və QAC-nin Federasiyasının və Az.QAC-nin tarixi, yaradılması, fəaliyyətı və fundamental prinsipləri haqqında geniş məruzə edildi. Sonra insan alverinə qarşı mübarizədə Dövlət proqramlara dəstək olaraq müəyyən olunmuş qaydada xaricdə təhlükəsiz şəraitdə işləmək, təhsil almaq gənclərimizə düzgün davranış yollarını öyrədərək, insan alverinin doğurduğu təhlükələr izah edildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Görüş gənclər üçün maraqlı və faydalı oldu.