Xoş gəlmisən təzə il

28.12.2018-ci il tarixində məktəbimizdə "Yeni ilin gəlişi" və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti" ilə siniflər arasında bir çox tədbirlər keçirildi.Bayram tədbirinə böyük həvəslə hazırlaşan şagirdlərin sevinclərinin həddi-hüdudu yox idi.Şagirdlər hazırladıqları bir-birindən maraqlı musiqili nömrələri,şeirləri,tamaşaları ilə iştirakçılarda xoş təəssürat yaratdılar.