12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

    Bu gün Azərbaycan xalqının ümummilli lideri,ulu önder Heydər Əliyevin vəfatından 15 il keçir.Bununla əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi.Tədbir iştirakçıları, əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra çıxış edərək bildirdilər ki,müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,dünya şöhrətli siyası xadim,türk dünyasının böyük oğlu,xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sağlığında tarixin yaddaşında əbədiləşib.

    Ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin qazanılmasında və möhkəmlənməsində müstəsna rolu olub.Ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmiz artıq dünyanın lider dövlətlərindən biri olub.Tədbirin sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxsaylı fəaliyyətinə həsr edilmiş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi