"Riyaziyyat" aylığı çərçivəsində növbəti açıq dərs keçirildi.

255 № li tam orta məktəbdə fəal təlimə əsaslanan növbəti açıq dərs keçirildi. İbtidai sinif müəllimi Ələsgərova Lamiyənin keçirdiyi açıq dərs Activeİnspire proqramında Promethean lövhələrin tədrisi əsasında aparıldı. 4-cü sinif riyaziyyat fənnindən olan dərsin mövzusu “Çoxrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi” idi. Dərsdə standartı reallaşdırmaq prinsipi əsas götürülmüşdü. Dərsdə müxtəlif interaktiv tapşırıqlar və qruplarla iş aparıldı. Dərslik üzrə bir neçə şifahi sual – cavab keçirildi.Oyun tipli suallar verildi. Şagirdlərin öz fikirlərini tapşırıqlar vasitəsilə isbat etməyə çalışdılar. Dərsdə məktəbin direktoru Məmmədova Mətanət , Təlim-tərbiyə işləri üzrə direktor müavini Eminova Yaqut , metodbirləşmə sədri İsmayılova Zülfiyyə , ibtidai sinif müəllimləri Heybətova Kifayət , Cəfərova Elnarə və 209 №li tam orta məktəbdən iki ibtidai sinif müəllimi iştirak etdi və sonda şagirdlər fəalliq dərəcəsinə görə qiymətləndirildi.