"Xocalı faciəsi"

Məktəbimizdə Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar bir çox tədbirlər keçirildi.Tədbirdə çıxış edən şagirdlərimiz faciənin ağrı-acılarını şeirlərlə, qəmli notlara köklənən musiqilərlə dilə gətirdilər, səhnəciklər ifa etdilər.Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından söhbət açdılar.