Şəhidlər xiyabanı and yerimizdir

Məktəbimizin 2 “ə” və 2 “e” sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər.
Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın məzarları var.
İlham və Fərizə cütlüyü, Çingiz Mustafayev, Ceyran Abdullayeva, Alı Mustafayev, Məlahət Nəsibova.And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarının ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. Rus ordusunun təpədən dırnağadək silahlanmış qoşunları ilə Vətəni candan-qandan əziz sanan əliyalın insanlar üz-üzə qaldılar o gecə.