255№li tam orta məktəbdə məktəb-teatr əlaqələri möhkəmləndirilir.

Uşaqların mənəvi inkişafında, onların dünyagörüşünün artması, daxili aləminin zənginləşməsində teatrların və gəzintilərin böyük rolu var. 255№li tam orta məktəbin VI,VII sinif şagirdlərinin mənəvi inkişafı üçün şagirdlər Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin hazırladığı "Əmir Teymur" tamaşasına xüsusi maraq və heyranlıqla tamaşa ediblər. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub. Quruluşçu rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlı, digər rollarda xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi