255№ li tam orta məktəbdə "Riyaziyyat"fənnindən açıq dərs keçirildi.

Təlimin əsas təşkili forması olan dərs müəllim əməyinin elmi-metodiki və praktik cəhətlərini özündə ehtiva edir. Buna görə müəllim fəal təlim mexanizmlərindən səmərəli istifadə etməyə nail olmaq üçün texnoloji bacarığa malik olmalıdır. Müasir dərs fəal təlim mexanizmlərinin tətbiqi ilə gerçəkləşir. 255 №li tam orta məktəbdə də açıq dərslər fəal təlimə əsaslanaraq,keçirilir. İbtidai sinif müəllimi Sadıqzadə Xanımın "Riyaziyyat" fənnindən verdiyi açıq dərs “ Activeinspire “ proqramında, Promethean interaktiv lövhəsində həyata keçirildi. Açıq dərs üçün 14 interaktiv tapşırıq və proqramın daxilində web -2 alətlərindən istifadə edərək ,test hazırlanmışdı. Hazırlanan resurs- II sinif “Riyaziyyat “fənni “Manat və qəpik” mövzusunda idi. Müəllimin resursu qurmaqda məqsədi manat və qəpiyin fərqini ,milli və xarici dövlətlərin pul vahidlərinin araşdırıraraq şagirdlərin məlumat almalarını,məişətdə pullardan nə üçün istifadə olunduğunu,manat və qəpiklə bağlı həyatdakı müşahidələrini daha geniş şəkildə şagirdlərin nəzərinə çatdırmaqdır. Fəal təlimin səmərəli təşkili üçün resursda şagirdlər üçün 4 qrup tapşırığı ,14 interaktiv tapşırıq və yaradıcı təfəkkürün inkişafı üçün yaradıcı tətbiqetmə yaradılıb. Bu resurs təkcə “Manat və qəpik “ mövzusunda deyil, eləcə də 2-ci sinif "Riyaziyyat" fənnində olan “Qəpik pullar”,”Qəpiklə al və ödə “,”Manat” mövzularına uyğun müəllim öz sinfinin səviyyəsinə görə interaktiv tapşırıqlardan birini və ya bir neçəsini resursdan seçib ,istifadə edə bilər.Çünki adını çəkdiyim mövzularda 4.2.3(Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.) standartı tətbiq edilir. Meyarlarla birlikdə qrup və formativ qiymətləndirmə cədvəli resursda yerləşdirilmişdi.Açıq dərsdə məktəbin direktoru Məmmədova Mətanət ,Təlim-tərbiyə işlərinin direktor müavini Eminova Yaqut ,Metod birləşmə sədri İsmayılova Zülfiyyə və məktəbin psixoloqu Əliyeva Samirə iştirak etmişdir.Sonda şagirdlərin riyazi təfəkkürünün inkişafı üçün qalib qrupa "Məntiq,məsələlər və misallar " kitabı təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi