“Elektron resursların təbliği” layihəsi

“Elektron resursların təbliği” layihəsi çərçivəsində məktəbin ibtidai sinif rəhbəri Zülfiqarova İradə Balaqardaş qızı rayonlar üzrə seminarlarda iştirak etməkdədir.
Dekabrın 2-də Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş " Elektron resursların təbliği” layihəsi çərçivəsində Mingəçevir şəhərində seminar keçirilib.
“Elektron resursların təbliği” layihəsinin əsas məqsədi regionlarda çalışan müəllimlərə Təhsil Nazirliyinin tərtib etdiyi elektron resurslar haqda ətraflı məlumat vermək,elektron resurslardan istifadə qaydalarını öyrətmək və müəllimlər çalışdığı məktəbin şagirdlərinə də bu haqda ətraflı məlumat vermək və istifadə qaydalarını izah etməkdir.Mingəçevirdə keçirilmiş seminarda Mingəçevir şəhərində yerləşən məktəblərdə çalışan müxtəlif fənn müəllimləri iştirak etmişdir.
Müəllimlər elektron resurslar haqda məlumatlandırılmış və elektron resurslardan istifadə qaydaları öyrədilmişdir.Müəllimlərə bukletlər paylanmışdır.