Dekabrın 12 - i ümummilli liderimiz Heydər Əliyevin anım günüdür

    Dekabrın 12 - i ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Cismən yoxluğuna  alışa bilmədiyimiz  14  il ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş,  insanlar daim  onun  xatirəsinə ehtiramlarını ifadə edirlər. Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyduğu kimi, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir, qürur duyuruq.Heydər Əliyevin anım günü məktəbimizdə də qeyd olundu və şagirdlərimiz Ulu Öndərin abidəsini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi