"Şanlı bayrağımız"

Məktəbimizdə Bayraq günü ilə əlaqədar olaraq "Şanlı bayrağımız","Bir kərə yüksələn bayraq,bir daha enməz!"adı altında bir çox tədbirlər keçirildi.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.Bayraq mənliyimdir,bayraq kimliyim.Bayraq öz yurduma ,öz hakimliyim...!!!