255№ li tam orta məktəb "Payız tətil"ini səmərəli keçirdi.

Payız tətilini və asudə vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə 255№li tam orta məktəbin məktəb rəhbərliyi və sinif rəhbərləri tərəfindən müxtəlif gəzintilər və ekskursiyalar təşkil edilmişdir. İbtidai sinif şagirdləri Gənc Tamaşaçılar Teatrında "Danışan gəlincik" , "Balaca və damda yaşayan Karlson " tamaşalarına çox böyük maraq və həvəslə baxdılar.Tamaşaların rəngarəngliyi şagirdləri heyran etdi.