Uşaq Hüquqları Konvensiyası

Azərbaycan Respublikası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 25 ili tamam olur. Azərbaycan Respublikasının İnsan Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması,uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci ilin 20 okytabr -20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı"elan edilmişdir.Bununla əlaqədar olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm sərgisi keçirildi.Məktəbimizin 8b sinif şagirdi Quliyev Rəvan həmin sərgidə iştirak etdi.