15 Sentyabr-"Bilik günü"

Məktəbimizdə "Bilik günü" qeyd olundu.Dövlət himni səsləndikdən sonra məktəbimizin direktoru Məmmədova Mətanət yeni tədris ilinin başlanması münasibəti ilə müəllim və şagird heyətini təbrik etdi, onlara təhsildə müvəffəqiyyətlər arzuladı.Ən çox sevinənlər isə təbii ki, birincilər oldu.Bilik günündə çıxış edən məktəb şagirdləri öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.