MƏKTƏBLƏRARASI ANA DİLİ VƏ ƏDƏBİYYAT FƏNLƏRİ ÜZRƏ VİKTORİNA KEÇİRİLDİ

108 nömrəli və 255 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdləri arasında ana dili və ədəbiyyat fənni üzrə viktorina keçirildi. Viktorina 108 nömrəli məktəbdə baş tutdu. Viktorinanın sualları 187 nömrəli məktəbin ana dili və ədəbiyyat müəllimi Qasımova Böyükxanım müəəlimə tərəfindən tərtib edilmişdi. Viktorinanı giriş sözü ilə açan məktəbin direktoru Mehtiyeva Narınc xanıma hamını salamladı və şagirdlərə uğur arzuladı. Belə yarışların tez tez olmasını təklif etdi. Hər sinifə 15 sual təqdimn edildi.Verilən sualların böyük hissəsi dil qaydalarına, müəyyən hissəsi də əsəbiyyatımıza həsr edilmişdi.Yazılı formada cavablandırılan suallara dolğun cavab verən komandalar yarışın qalibi oldular.Münsiflər heyətində oturan məktəblərin dil və ədəbiyyat müəllimləri yarışmanı diqqətlə izləyirdilər. Hər iki məktəbin şagirdləri viktorinada fəal iştirak edirdilər. VII siniflər üzrə viktorinanın qalibi 108 nömrəli məktəbin komandası olsu.IX siniflər üzrə isə 255 nömrəli məktəbin komandası qalib gəldi.Hər iki komandaya tədbirin sonunda təltifnamələr verildi.