Oxu günü

"Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub.Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Məktəbimizin müəllim, şagird və valideyn kollektividə həmin tədbirdə iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi