İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin yekun mükafatlandırma mərasimi keçirildi.

Mayın 20-23-də keçirilən tədbirlərin yekunu olaraq iyun ayının 4-də Park İnn otelində İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn layihələrin həyata keçirilməsi və bu layihələrin önəmindən söz açıb. Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov IKT sahəsində əldə edilən yeniliklər, onların təhsilə inteqrasiyası barəsində danışıb. O, zamanın tələbi olan bu sahədə kadr hazırlığının önəmini xüsusilə vurğulayıb.Ümumiyyətlə diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb. Keçirilən yekun tədbirdə 97 nəfər inzibati heyət, 93 nəfər ibtidai sinif müəllimi sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırıldı. Qeyd edək ki,yekun tədbirdə 255 №li tam orta məktəbin direktoru Məmmədova Mətanət və məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Nəsibova Sevinc sertifikat və prometan lövhəyə layiq görülüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi