1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə 255 li tam orta məktəbin I sinifləri heyvanxanada və "Dədə Qorqud " parkında,V siniflər Kiçik Venesiya şəhərciyində və Dənizkənarı Milli Parkda, III siniflər isə Mərdəkan Dendrarisində nadir bitkilərlə tanış oldular.Bununla yanaşı V sinif şagirdi Mehdiyev Rəşadın əl işlərindən ibarət AİDA parkda fərdi sərgisi təşkil olunmuşdur. 255 № li tam orta məktəbin kollektivi dünyanın yaraşığı olan uşaqları təbrik edir ,arzu edir ki, onların üzündən təbəssüm əksik olmasın! .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi