255№li tam orta məktəbin şagirdləri ADGTT-da Bolqarıstan xalq nağılı olan "Dörd əkizin nağılı"tamaşasına baxdılar.

Mayın 17-də 255№li tam orta məktəbin şagirdləri Bolqarıstan xalq nağılı olan "Dörd əkizin nağılı"tamaşasına baxdılar. Tamaşa bolqar yazıçısı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmışdır. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır.Səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev və başqaları canlandırdılar. Tamaşada Bolqarıstanın səfiri iştirak etdi.Şagirdlər 2 hissədən ibarət olan tamaşanı maraqla izlədilər.Sonda Bolqarıstan səfiri və aktyorlarla xatirə şəkli çəkildi.