20 Yanvar hadisəsindən 35 il ötür...

Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsini yad etmək məqsədilə I a sinif rəhbəri Qurbanova Kəmalənin təşkilatçılığı ilə "20 Yanvar- Qan yaddaşımız!" adlı sinif tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra vətənimizin müstəqilliyi uğrunda canlarını fəda verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib,ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin