20 Yanvar Faciəsinin 35-ci İldönümü ilə Bağlı Xatirə Guşəsi Yaradılıb

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən məktəbimizdə kitab, foto və rəsm işlərindən ibarət xüsusi xatirə guşəsi yaradılmışdır.
Guşədə 1990-cı ilin 20 yanvarında xalqımızın müstəqillik və azadlıq uğrunda verdiyi mübarizəni əks etdirən fotoşəkillər və şagirdlərin hazırladığı rəsm işləri sərgilənmişdir.