Novruz şənliyi

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Dünən Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində Novruz şənliyi keçirildi.Şənlikdə məktəbimizin müəllim kollektivi və şagirdlərimiz iştirak etdilər.Şənlikdə məktəbimizə aid sərgi də təşkil olunmuşdur.