Ümummili lider Heydər Əliyevin anım günü ilə əlaqədar açıq dərs keçirilmişdir.

12 dekabr 2024-cü il tarixində Ümummili lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 255 saylı tam orta məktəbin 5 b sinfində açıq dərs keçirilmişdir. Açıq dərsdə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmiş, Ulu Öndər haqqında topladığı məlumatları şərh etmiş,divar qəzetləri hazırlamış, şeirlər səsləndirmişlər.