255 nömrəli tam orta məktəbdə "Cerebry" layihəsi tətbiq olunur.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 255 nömrəli tam orta məktəbdə "Cerebry" layihəsi tətbiq olunur.

Cerebry layihəsinin əsas məqsədi şagirdlərdə səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirmək, zehni fəaliyyətin təhlil olunması, müxtəlif sahələrdə tətbiq oluna biləcək yeni texnologiyalar və alqoritmlərin tətbiq olunması, süni intellekt və neyroelmi prinsipləri bir araya gətirərək, insan beyni ilə əlaqəli məlumatların işlənməsi, öyrənilməsi və analizinin aparılmasından ibarətdir. Bu layihə çərçivəsində şagirdlərimiz riyaziyyat və təbiət elmlərində kompetensiyaya əsaslanan tapşırıqlar üzərində çalışaraq biliklərini təkmilləşdirəcəklər.

IX və X sinif şagirdlərinə bu layihənin məqsədi və əhəmiyyəti, tapşırıqların məzmunu barədə fənn müəllimləri və layihə koordinatoru tərəfindən ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi