"Zəfər Günü"nə həsr olunmuş seminar keçirilmişdir.

255 nömrəli tam orta məktəbdə,məktəbin tarix müəllimlərinin təşəbbüsü ilə "Zəfər Günü"nə həsr olunmuş seminar keçirilmişdir.

Seminar Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanmışdır.Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra məktəbimizin tarix müəllimi M.Kamilə və təlim-tərbiyə işləri üzrə direktor müavini C.Firuzə çıxış edərək seminarda iştirak edən şagirdlərə "Zəfər Günü" haqqından geniş məlumatlar vermişdir.

Seminar şagirdlərin "Zəfər Günü"həsr olunmuş şeir və kompozisiyalarının səsləndirilməsi ilə davam etmiş,slayd və videoçarxlar izlənmişdir

Tədbir sonda məktəbin direktoru M.Mətanət və Şəhid anası Gülxar ananın çıxışı ilə sonlanmışdır,çıxışda tədbirlə bağlı təəssüratlarını bölüşmüş və bu tədbirdə əziyyəti keçən hər bir kəsə öz minnətdarlıqlarını bildirmişlər.

Allahdan Şəhidlərimizə rəhmət,qazilərimizə isə can sağlığı diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi