"Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilmişdir

06.11.2024-cü il tarixində 255 nömrəli tam orta məktəbin ingilis-dili müəllimi Quliyeva Aygünün təşəbbüsü ilə rəhbərlik etdiyi 7f sinfi ilə birgə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə 44 günlük Vətən müharibəsini əks etdirən müxtəlif videoçarxlar təqdim olunmuş,şeirlər səsləndirilmişdir.Şagirdlər azad olunan rayonları obrazlı şəkildə təsvir edərək bütün Azərbaycan xalqının hiss və həyəcanını ifadə etməyə çalışmışlar.
Tədbir Ali Baş Komandan İlham Əliyevin çıxışı və şagirdlərin musiqi və rəqs nömrələri ilə yekunlaşmışdır.