27 sentyabr "Anım günü"

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Tarixi Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından bu gün dörd il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar.
Bu günün anlam və önəmini gələcək nəsillərə də aşılamaq üçün bugün 255 nömrəli tam orta məktəbdə "Anım günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlanmışdır,daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbimizin direktoru M.Mətanət tədbirdə çıxış etmiş,Vətən uğrunda canından keçmiş igidlərimizin şücaətindən bəhs etmişdir.
Daha sonra tədbir iştirakçılarına 44 günlük müharibə haqqında məlumat verilmiş,şeirlər və kompozisiyalar səslənmişdir.
Allah Rəhmət eləsin.