"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı növbəti tədbir

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur.
"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı məktəbimizdə növbəti tədbir işğaldan azad edilmiş bölgələrimizin tarixi,coğrafiyası,flora və faunası,mədəni abidələri,dini ibadətgahları,adət-ənənələri ,tanınmış şəxsiyyətləri haqda olmuşdur.Tədbir məktəbimizin Azərbaycan-dili və ədəbiyyat müəlliməsi Muradova Fatmanın təşkilatçılığı ilə keçirilmişdir.Keçirilən tədbirdə işğaldan azad edilmiş bölgələrimizin tarixi haqqında tarix müəlliməmiz Cəfərova Firuzə ,coğrafiyası haqqında coğrafiya müəllimimiz Həsənov Elsevər şagirdlərə ətraflı məlumatlar vermişdir.
Daha sonra tədbirdə məktəbin sinif şagirdlərinin təqdimatında işğaldan azad edilmiş bolgələrindən olan məşhurların əsərlərindən səhnəciklər, bədii qiraətlər, musiqili kompozisiyalar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi