"Yaşıl dünya naminə həmrəy olaq"

  255 nömrəli tam orta məktəbdə 06.04.2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbir təşkil olunmuşdur.

  Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.Sərəncamda qeyd edilir ki,Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"kimi müəyyən edilib.Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması,yaşıllıqların bərpası və artırılması ,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

  06.04.2024-cü il tarixində məktəbimizdə baş tutan tədbirdə ibtidai sinif şagirdlərimizin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.Tədbirdə iştirak edən 255 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavinləri İsmayılova Zülfiyyə və Həmzəyeva Günay şagirdlərə tədbir haqda ətraflı məlumatlar vermişlər.

  Daha sonra şagirdlərimiz "Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbirin digər hissəsində gül əkmə aksiyası da keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi