2 aprel-Dünya Autizm Məlumatlandırma günüdür.

Bildiyiniz kimi  2 Aprel- Dünya Autizm Məlumatlandırma günüdür. Buna uyğun olaraq Bakı şəhəri 255 nömrəli  məktəbin 2-ci sinif şagirdləri  məlumatlandırılmış, "AUTİZMƏ MAVİ İŞIQ YANDIR" adlı , yürüş təşkil edilmişdir. Məqsəd şagirdlərin diqqətini bu mövzuya cəlb etmək idi. yürüşümüzdə öndə ilk addımı məktəbimizdə təhsil alan autizm sindromlu şagird Habil  atmışdır. Habilin həyatında məktəbinin, sinfinin rolu çox böyük olmuşdur. Bu gün o tam sosiallaşaraq bu yolda çox irəli addımlamışdır. Fərqlidir, özəldir...Hamımızın sevimlisidir.  düşünürük ki, bu mövzuya diqqət daha cox ayrılmalıdır. ümid edirik ki, başqa məktəblərə də stimul verərik bu tədbirimizlə. Gələcəyimiz olan uşaqlara mərhəməti, sevgini aşılamalıyıq.  Ümid edirik ki, Bu cür fərqli  uşaqların valideynləri  də övladlarının normal təhsil müəssisəsinə göndərməyə tərəddüd etməyəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi