Reproduktiv sağlamlıq

  14 mart 2024-cü il tarixində 255 nömrəli tam orta məktəbdə reproduktiv sağlamlıqla bağlı tədbir keçirilmişdir.

  Tədbirdə Təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Zülfiyyə,Uşaq birliyi rəhbəri İsgəndərova Xəyalə və biologiya müəlliməsi Əsədova Rəna məktəbin 9-cu siniflərindən olan qızlarla  reproduktiv sağlamlıq mövzusunda söhbət aparmışlar.

  .Tədbirdə yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verilməklə yanaşı,reproduktiv sağlamlığın  insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etmədiyi qeyd olunmuşdur.Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanması xüsusilə vurğulanmışdır.

  Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə  işlərinin aparılması idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi