“Ümumdünya Mülki müdafiə günüˮ

  1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.

  Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.

  1 Mart 2024-cü il tarixində 255 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirildi.Məktəbin Təlim-tərbiyə üzrə direktor müavini  İsmayılova Zülfiyyə akt zalına toplaşan 10-cu sinif şagirdlərini tədbirlə bağlı məlumatlandırdı. Məktəbin hərbi rəhbəri Məmmədov Saleh 1 Mart Mülkü Müdafiə Günü və fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə tədbir iştirakçılarını məlumatlandırdı. Mövzu ilə bağlı videoçarxlar nümayiş olundu.

Şagirdlərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə maarifləndirilməsi üçün 255 nömrəli tam orta məktəbdə,məktəbin “Təxliyə planıˮna uyğun olaraq bütün kollektivin təxliyəsi təşkil edilmişdir. Keçirilən tədbirlərdə əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi