“İdman həftəsiˮ

  5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil nazirliyinin müvafiq əmri ilə 1 – 7 mart tarixləri “İdman həftəsiˮ kimi keçirilir..

  Məktəbimiz də 1 mart tarixindən başlayaraq “İdman həftəsiˮ nə start vermişdir.“İdman həftəsiˮnin ilk günündə idman müəlliməmiz Rzaquliyeva Zülfiyyənin iştirakı ilə səhər gimnastikası keçirilmişdir.

  Daha sonra idman müəlliməmiz Rzaquliyeva Zülfiyyə şagirdlərə futbol,basketbol və həndbol idman növləri haqqında geniş və izahlı məlumatlar vermişdir.Həmçinin Zeynalova Səma şagirdləri idman zalında toplayaraq Olimpiya oyunları haqda ətraflı məlumat vermişdir.

  "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.Həmçinin keçirilən layihə şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi