255 nömrəli məktəbdə “Xocalı soyqırım”-ının 32-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

  26 fevral 2024-cü ildə 255 nömrəli tam orta məktəbdə Xocalıda baş vermiş qanlı faciənin 32-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.

 Tədbirlərdə həmin gecə qətlə  yetirilən qurbanların xatirəsi anılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

  Keçirilən tədbirlərdə şagirdlərə müsibətli gecə haqqda məlumatlar verilmiş, şagirdləri tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar göstərilmiş, şeirlər söylənmişdir.Xocalı hadisələrini əks etdirən slaydlar nümayiş etdirilmişdir.Şagirdlərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi