"Gül bayramınız mübarək !"

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Gül bayramı mayın 7-də Sabunçu rayonunda keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun təhsil müəssisələrinin kollektivləri, rayon sakinləri iştirak edirdilər. Tədbirdə məktəbimizin müəllimi Zöhrə Abbaszadə Abdul Sabur qızının Gül bayramı üçün hazırladığı əl işləri sərgiləndi. 2350 dənə etilendən ,3 m hündürlüyü olan nəhəng dovşan öz möhtəşəmliyi ilə ətrafdakıların diqqətini cəlb etdi və tədbirə gələn qonaqlar da bu nəhəng dovşanla şəkil çəkdirdi.