255 nömrəli tam orta məktəbdə "Müasir metodik xidmətin təşkili " layihəsi çərçivəsində metodist fəaliyyətə başlayıb.

   "Müasir metodik xidmətin təşkili" layihəsi çərçivəsində metodik xidmət göstərəcək metodist Kəmalə Qurbanova 255 nömrəli tam orta məktəbin kollektivinə təqdim edilib. Məktəbin direktoru Mətanət Məmmədova yeni təyin olunan metodisti təbrik edərək, işlərində uğurlar arzulayıb.

    Ìbtidai sinif müəllimləri ilə görüşdə ümumi fəaliyyət planı, hədəflər, gələcək işlər barəsində fikir mübadiləsi aparılıb. Müasir metodik xidmətin qurulmasının müəllimlər arasında qarşılıqlı fikir mübadiləsinə, sıx əməkdaşlığa, onların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcəyini vurğulanıb.

   Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi