“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 25 yanvar 2024-cü il tarixində Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini keçirib.

  25 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə, sinif otağında, layihənin növbəti təqbiri keçirilib. Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramını əks etdirən esse yazılarına keçirilib baxışa və onun nəticələrinin müzakirəsinə həsr olunub.

  Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdii. Sonra məzmun baxımından daha əhatəli olan esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.

  Layihə rəhbəri N.Nəcəfov esse yazılarını hazırlamış 12 nəfər şagirdə təşəkkürünü birdirdi və onları layihə çərçivəsində hazırlanmış loqolu dəftərxana, çap məhsulları və istehlak malları ilə rəğbətləndirdi. 255 № li tam orta məktəbin təlim-tədris işləri üzrə direktorun müavini Z.İsmayılovaya “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icra olunması üçün məktəbdə yaradılan şəraitə görə , layihə çərçivəsində, çərçivəli Təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi