Məktəb daxilində 20 yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər

    20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. 

  20 Yanvar faciəsinin otuz dördüncü ildönümü 255 nömrəli tam orta məktəbdə dərin hüznlə anıldı.Müstəqilliyə gedən yolda böyük bir çıraq olan “Yanvar şəhidləriˮbu tədbirlərdə yad olundu.Şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər.Bu şeirlərdə anılan şəhidlərimiz də hörmətlə yad edildi.

    İbtidai siniflər də 20 yanvar tədbirlərində iştirak etmişdir.Balaca fidanlarımız rəsmlər çəkərək 20 yanvar şəhidlərini yad etmişdir. Sonda şagirdlər məktəbin foyesində şəhidlərə həsr olunmuş guşəyə qərənfil düzdülər.

   Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Bu gün hüzn günü olsa da bu gənclər 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqindədirlər. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilirlər.

    Məktəb səviyyəsində təşkil olunan bu tədbirlərin məqsədi şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq,bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi