20 yanvara həsr olunmuş anım tədbiri

  Yanvarın 19-da 255 nömrəli tam orta məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinin 34-cu  ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Məktəbin tarix müəllimləri Məmmədova Kamilə,Abdullayev Samiq və Cəfərova Firuzənin təşkilatçılığı ilə keçirilən tədbir himnimizin səsləndirilməsi ilə başlamışdır.Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

  Tədbirdə müəllimlər çıxışlarında hadisənin tarixi yoluna nəzər salaraq insanların etdiyi şücaətdən danışıb, 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəyini, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıblar.

  Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar məktəbimizdə, tədbirlər, foto-albomlar, divar qəzetləri və  sərgilər  təşkil olunur. Bu tədbirlərin keçirilməsində məqsəd yetişməkdə olan yeni nəslə tariximizin qan yaddaşının yaddan çıxmamasını, torpağa, vətənə məhəbbət hissini oyatmaq və onlarda vətənpərvərlik ruhunun daha yüksək olmasını aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi