20 Yanvara həsr olunmuş “Unutmadıq,unutdurmarıqˮadlı xüsusi dərs

    Məktəbin 9d sinifində 20 yanvara həsr olunmuş xüsusi dərs keçirilmişdir.Tədbirdə şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdılar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdilər.

   Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi.Onlar çıxışlarında  qeyd etmişdirlər ki , 20 yanvar hadisəsi xalqımızın tarixinə  həkk olunmuş ən  qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına sılahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır.Xüsusi dərsdə iştirak edən müəllimlər və şagird kollektivi “Unutmadıq,unutdurmarıq” adlı tədbiri izlədilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi