Dekabrın 15-də “Oriqamiˮ uşaq və yeniyetmələr ictimai birliyi 255 №li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtımˮ layihəsinin təqdimatını keçirib

  15 dekabr 2023-cü il tarixində 255 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtımˮ layihəsinin təqdimatı keçirilmişdir. Bu məqsədlə məktəbin I mərtəbəsində, elektron lövhə ilə təchiz olunmuş sinifdə, əvvəlcədən xüsusi hazırlıq işləri görülmüşdü. Lövhənin  önündə 3 masa üzərində kitabxana fondunda saxlanılan Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş albom, kitablar,şagirdlərin əl işləri və “Oriqami” təşkilatının layihə çərçivəsində hazırladığı çap məhsullarının, dəftərxana ləvazimatının və istehlak mallarının loqolu  nümunələri nümayiş etdirilirdi.“Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimatı ilə layihənin  rəhbəri Namiq Nəcəfov  çıxış etdi.255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova təqdimat zamanı çıxış edərək, şagirdlərin təlim-tərbiyəsində, qabiliyyət və bacarıqlarının artırılmasında layihənin böyük əhəmiyyətindən danışdı. Məktəbin şagirdləri Fatimə Nağızadə, Lətafət Bağırova ,Lamiyə Quliyeva, Anaxanım Əliyeva, Minaxanım Əliyeva, Quliyev Şahbala, Hadiyev Yusif, Xəlilli Xədicə, Qasımzadə Fatimə, Mahmudova Sevda, Ulu Öndərə həsr olunmuş şeir parçalarını söylədilər.Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Şagirdlərin çıxışları dəfələrlə alqışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi